Vətən Müharibəsi Qəhrəmanının qızı birinci sinifə gedəcək - FOTO

Vətən Müharibəsi Qəhrəmanının qızı birinci sinifə gedəcək - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanının qızı birinci sinifə gedəcək - FOTO

153864

Xüsusi Təyanatlı şəhidimiz, əslən Zaqatalanın Aşağı Tala kəndindən olan Valeh Bədəlovun qızı Aylin bu il birinci sinfə qədəm qoyacaq.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun bacısı Vüsalə Bədəlova-Məmmədova məlumat verib. 

Qardaşı qızının ilk dəfə məktəbə qədəm qoyduğu günün həyəcanını yaşayan bibi sevincini özəl olaraq bizimlə bölüşüb: 
“Ürəyimdə o qədər arzu, dilək var ki. Bizim "kaş ki"lərimiz də bitməz... Gözəl balam, Aylinim, ilk dərs günün mübarək olsun. Atanın ruhu sizinlə şad olsun, körpəm” - deyə fikirlərini ifadə edib. 

Vüsalə Bədəlova Aylin Bədəllinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alacağını bildirib. 

Qeyd edək ki, Valeh Bədəlov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib.

2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. 

2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub.
2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Valeh Bədəlov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif edilib. 






Tural Rasim oğlu, Bizim. Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO