Paytaxtın bu avtobusları mənzilbaşına GECİKİR - SİYAHI 

Paytaxtın bu avtobusları mənzilbaşına GECİKİR - SİYAHI 

Hazırda oxunan: Paytaxtın bu avtobusları mənzilbaşına GECİKİR - SİYAHI 

153795

Bu gün axşam pik saatlarında paytaxtın küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 

1.20 Yanvar dairəsi - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Bakı-Sumqayıt şosesi Sumqayıt şəhəri istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-18 dəqiqə gecikmə müşahidə olunur. 

2.Tbilisi prospekti – Hər iki istiqamətdə 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə var. 

3. Üçüncü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-16 dəqiqədir. 

4.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur. 

5.Qara Qarayev prospekti – hər iki istiqamətdən Dakar dairəsi istiqamətinə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64 və 81 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə qeydə alınır. 

6.Akademik Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61 və 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur. 

7.Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq qeydə alınıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 123, 133, 165, 179 və 202 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə var. 

8.Heydər Əliyev prospekti - Şəhər istiqamətində kənar yol, eyni zamanda, Şəfa stadionundan başlayaraq Koroğlu metrostansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur. 

9. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə edilir. 

10.Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 17-20 dəqiqə gecikmə müşahidə olunur. 

11.Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə var. 

12.Şəmsi Bədəlbəyli Azadlıq prospekti istiqamətində 2, 14, 18, 52, 61, 65, 79 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur. 

13.28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə var. 

14.Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-14 dəqiqə gecikmə müşahidə olunur. 

15.Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə var.
16.Şeyx Şamil küçəsi, İstiqlaliyyətküçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO