"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ - Vətəndaşın pulunu mənimsəyib YOXA ÇIXDI – FOTO 

Hazırda oxunan: "Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ - Vətəndaşın pulunu mənimsəyib YOXA ÇIXDI – FOTO 

153780

Ağcabədi sakini "TikTok" sosial şəbəkəsində qızıl alqı-satqısı ilə məşğul olan səhifə idarəçiləri tərəfindən aldadılıb. Onlayn sifariş zamanı vətəndaşdan ilkin ödəniş tələb edən dələduzlar məhsulu çatdırmaq əvəzinə yoxa çıxıblar. 

Bu şikayətlə Bizim.Media-ya Ağcabədinin Aşağı Avşar kənd sakini Aytac Səfiyeva müraciət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əksər ölkələr "TikTok"dan imtina edir - Azərbaycanda niyə fəaliyyəti GENİŞLƏNİR? – ARAŞDIRMA 


“Qayınatam “TikTok” sosial şəbəkəsində kreditlə qızıl satan bir səhifə tapmışdı. Biz də baxdıq və sifariş üçün mesaj yazdıq. Üç gündən sonra bizə cavab yazdılar.

Zənglərə Lalə və İlqar adlı şəxslər cavab verirdi. 1335 manat məbləğində kordinal boyunbağı sifariş etdik. Bildirdilər ki, ilkin ödənişi 185 manat, aylıq ödəniş isə 95 manatdır. 

Qayınatamın şəxsiyyət vəsiqəsini  və iki əlavə əlaqə nömrəsi istədilər, verdik. Ödənişi etmək üçün kart nömrəsi istədik, dedilər yoxdur. Qayınatamın adı ilə mənim nömrəmə “mpay” açıblar. Mənim də bu proqramdan başım çıxmır.

Dedilər MilliÖn aparatından “mpay” vasitəsilə ödənişi edin. Mən də 185 manat pulu həmin üsulla ödəniş etdim. Pulu ödəyəndən sonra bildirdilər ki, səhər poçt vasitəsilə qızılı götürə bilərsiz. 

Səhər saat 12-də müraciət etdik. Telefonu açmadılar. Bu dəfə başqa əlaqə nömrəsi ilə yığdıq, deyəndə ki, niyə cavab vermirsiz zəngimizi əngəllədi. Daha sonra anam öz nömrəsi ilə yığdı, ona isə saat 5-i vəd etdilər. Vaxt çatanda anamın da nömrəsini bloka atdılar. Çarəsiz qalıb tamam yad bir nömrədən yığdım, mənə dedilər ki, qızıl da, pul da yoxdur. 

Həmin səhifə ünvan olaraq Əhməd Rəcəbli 123-ü qeyd ediblər. Guya onlar o ünvanda fəaliyyət göstərirlər. Amma biz demişdilər ki, ofisləri Xalqlar Dostluğu metrostansiyası yaxınlığındadır. Yenidən başqa nömrə ilə Lalə xanıma yığdım. Telefonda onun zarıyan səsi gəlirdi. Elə anladıq ki, onlar narkomandır”.  
Aytac Səfiyevanın sözlərinə görə aldadıldığı ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edib. Şöbədən ona bildirilib ki, sosial şəbəkələrdə qızıl alqı-satqısı ilə insanları aldadan 3 dəstə aşkar edilib və onların saxlanılması ilə bağlı əməliyyat aparılır. Bu məsələ ilə bağlı da araşdırma başlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, vətəndaş Aytac Səfiyeva sentyabr ayının 1-də Ağcabədi Rayon Polis Şöbəsinə onlayn üsulla dələduzluğa məruz qalması barədə məlumat verib.

Hazırda məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar davam etdirilir.










Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO