Dövlət Vergi Xidmətində Qarabağ üzrə şöbələr yaradıldı

Dövlət Vergi Xidmətində Qarabağ üzrə şöbələr yaradıldı

Hazırda oxunan: Dövlət Vergi Xidmətində Qarabağ üzrə şöbələr yaradıldı

153764

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan qurumların sayı 21-dən 24-ə çatdırılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib.

Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Maliyyə baş idarəsi Maliyyə monitorinqi şöbəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib.

Bundan başqa, Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların sayı kəskin artırılaraq 9-dan 29-a yüksəldilib. Xidmətin strukturundakı 2 qurum ləğv edilib, 22 yeni qurum yaradılıb.
Dövlət Vergi Xidmətinin strukturunda yaradılan yeni qurumlar 2 saylı Ərazi Vergilər Baş İdarəsi, 3 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 9 saylı Ərazi Vergilər İdarəsi, 10 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, 14 saylı Ərazi Vergilər İdarəsi, Ağdam Rayon Vergilər Şöbəsi, Cəbrayıl Rayon Vergilər Şöbəsi, Zəngilan Rayon Vergilər Şöbəsi, Qubadlı Rayon Vergilər Şöbəsi, Kəlbəcər Rayon Vergilər Şöbəsi, Laçın Rayon Vergilər Şöbəsi, Füzuli Rayon Vergilər Şöbəsi, Şuşa Rayon Vergilər Şöbəsi, Xocalı Rayon Vergilər Şöbəsi, Xocavənd Rayon Vergilər Şöbəsidir.

Vergi Xidməti strukturundakı Ərazi vergilər baş idarələri və idarələri, Rayon vergilər şöbələri isə ləğv edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO