Ötən ay zəhərlənmədən 7 nəfər ölüb

Ötən ay zəhərlənmədən 7 nəfər ölüb

Hazırda oxunan: Ötən ay zəhərlənmədən 7 nəfər ölüb

153692

Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib.

Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO