BİZİM TƏQVİM: 5 sentyabr Beynəlxalq Xeyriyyəçilik GÜNÜDÜR

BİZİM TƏQVİM: 5 sentyabr Beynəlxalq Xeyriyyəçilik GÜNÜDÜR

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 sentyabr Beynəlxalq Xeyriyyəçilik GÜNÜDÜR

153609

5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günüdür. Bu gün 2012-ci ildə BMT Baş Məclisi tərəfindən təsis edilib. Əsas məqsəd müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında dialoqu, qarşılıqlı anlaşmanı, xeyirxahlığı təşviq etmək və digər bu kimi məqsədləri həyata keçirmək üçün xeyriyyə təşkilatlarına, ayrı-ayrı şəxslərə bir platforma yaratmaq olub.

Bəs, sentyabrın 5-də dünyada daha hansı hadisələr baş verib?

1. 5 sentyabr 1669-cu ildə Girit adası Osmanlı imperiyası tərəfindən ilhaq edildi.

2. 5 sentyabr 1795-ci ildə ABŞ ilə Osmanlı imperiyası arasında ABŞ-ı illik vergiyə tabe tutan saziş imzalandı.

3. 1885-ci ilin bu günündə dünyada ilk dəfə olaraq ABŞ-da benzin nasosu quraşdırılıb. Həmin vaxt hələ avtomobil istehsal edilmədiyindən nasos lampaların və sobaların yanacaqla təchizatı üçün istifadə edilirdi. Avtomobilin istehsalından sonra isə nasos daha da təkmilləşdirildi.

4. 5 sentyabr 1905-ci ildə Rusiya ilə Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş verən müharibə Portsmut sülh müqaviləsinin imzalanması ilə başa çatıb. Müharibədə Yaponiya tərəfi qalib gəlib.

5. 1914-cü ilin 5 sentyabr tasixindә I Dünya Müharibәsinin әn qanlı döyüşü olaraq bilinәn ‘‘Marne döyüşü’’ başlayıb. 2 milyon әsgәrin üz-üzә gәldiyi döyüşdә altı gündә tәxminәn 100 min әsgәr hәyatını itirdi.

6. 5 sentyabr 1839-cu ildə İngiltərə ilə Çin arasında 3 il davam edəcək Birinci Arrov müharibəsi başlandı.

7. 1905-ci ilin 5 sentyabr tarixində Rusiya ilə Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş verən müharibə Portsmut sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Müharibədə Yaponiya tərəfi qalib gəldi.

8. 5 sentybr 1914-cü ildə Birinci Dünya müharibəsinin ən qanlı hərbi olaraq tanınmış “Marne müharibəsi” başlandı. Fransız-alman cəbhə xəttində 2 milyon əsgərin qarşı-qarşıya gəldiyi müharibədə 6 gün ərzində təqribən 100 min əsgər həyatını itirdi.

9. 5 sentyabr 1960-cı ildə Məhəmməd Əli Roma Olimpiadalarında qızıl medal qazandı.

10. 5 sentyabr 1972-ci ildə Fələstinli “Qara sentyabr Hərəkəti” silahlıları 1972-ci ilin Yay Olimpiadaları üçün Münhenə gələn İsrail heyətinə atəş açdı.  Alman polisi ilə fələstinli silahlılar arasındakı atışma nəticəsində 9 girov, 4 fələstinli və 1 polis əməkdaşı öldü.

5 sentyabrda bu şəxsiyyətlər xatırlanır:

1. 5 sentyabr 1817-ci ildə Rus yazıçısı və dramaturqu Aleksey Tolstoy (1817-1875) anadan olub. O, “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s. əsərlərin müəllifidir.

2. 5 sentyabr 1892-ci ildə məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Bakıxanov (1892 - 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub

3. 5 sentyabr 1942-ci ildə yazıçı-dramaturq, şair Ramiq Muxtar anadan olub. “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.

4. 5 sentyabr 1935-ci ildə Xalq artisti, görkəmli aktyor Siyavuş Aslan (1935 - 27.6.2013) anadan olub. O uzun illər Musiqili Komediya Teatrında, Akademik Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s. Televiziya tamaşaları – “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Filmləri: “Əhməd haradadır?”, “Ulduz”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Yuxu”, “O dünyadan salam” və s.
5. 5 sentyabr 1944-ci ildə şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Orucov doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Dövlət vəzifələrində çalışıb. 20 ilə yaxın ölkəmizin Qırğızıstanda səfiri olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO