Ağcabədi rayonunun Sarıcalı kəndində sakinlərin suvarma suyu ilə bağlı problemlərinin olması barədə məlumat vermişdik.
Kənd ərazisində 30 hektar sahəyə xidmət göstərən artezyan quyusunun sıradan çıxması kəndlilərin pay torpaq sahələrində yetişdirdiyi bostan məhsullarının tələf olmasına səbəb olurdu.
MÖVZU İLƏ BAĞLI:
500 ailənin yaşadığı kənddə nə SU, nə də QAZ var – Aidiyyəti qurumlar SÖZ VERDİ
Bizim.Media məsələni işıqlandırdıqdan qısa müddət sonra problem öz həllini tapıb.
Sakinlər bildirir ki, aidiyyəti qurumlar tərəfindən artezian quyusunun sıradan çıxmış qurğuları təmir edilərək istifadəyə verilib.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu