İçməli su Laçından Bakıya qədər gələcək -

İçməli su Laçından Bakıya qədər gələcək - "Həkəriçay" su anbarında işlər nə yerdədir?

Hazırda oxunan: İçməli su Laçından Bakıya qədər gələcək - "Həkəriçay" su anbarında işlər nə yerdədir?

153570

Laçın rayonu ərazisində "Həkəriçay" su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi ilə Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının və Bakı şəhərinin yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 22.12.2022-ci ildə başlanılıb və 22.10.2024-cü il tarixinə yekunlaşdırılması nəzərdə tutulur.

"İşlərin 37%-i yerinə yetirilib. Su anbarından çıxan magistral boru xəttinin alternativ istiqamətdə içməli su təchizatı ilə bağlı təkliflər hazırlanır. "Həkəriçay" su anbarının həcmi 91 milyon kubmetrdir", - deyə D.Şərifov qeyd edib.
Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur.

Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO