İçərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

İçərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

Hazırda oxunan: İçərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

153471

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR hələ də Ağdam-Xankəndi yolundadır.

Bizim.Media xatırladır ki, belə ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Onlar bildirirlər ki, artıq beş gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir. Qeyd edirlər ki, gətirdikləri ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO