Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda Novruz bayramıdır

Hazırda oxunan: Azərbaycanda Novruz bayramıdır

15347

Bu gün Azərbaycanda Novruz bayramıdır qeyd olunur.

Bizim.Media xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, ölkəmizə yazın gəlişi martın 20-də saat 13:37:00-a təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Buna görə də martın 20-si bayram günü hesab olunur.

Novruzun qeyd edilməsi yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Novruz bayramının tarixi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramının özünəməxsus adət-ənənələri var: qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək və digərləri.

Bu il koronavirus pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin və şənliklərin keçirilməsi qadağan olunub.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-dək qeyri-iş günüdür.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO