Gəncədə ağır qəza: 2 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Gəncədə ağır qəza: 2 nəfər xəsarət aldı

153393

Gəncədə minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində iki nəfər xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 

Hərəkətdə olan “VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq Gəncədə avtobus qarajı adlanan müəssisənin darvazasına çırpılıb. 

Hadisə nəticəsində sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO