Metronun “Qara Qarayev” stansiyasında təlim keçirildi - FOTO 

Metronun “Qara Qarayev” stansiyasında təlim keçirildi - FOTO 

Hazırda oxunan: Metronun “Qara Qarayev” stansiyasında təlim keçirildi - FOTO 

153339

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Qara Qarayev” stansiyasında təlim keçirilib. 

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. 

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. 

Əvvəlcə, FHN-in 112 - qaynar telefon xəttinə metronun “Qara Qarayev” stansiyası daxilindəki alətlərin saxlanma otağında qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçiriblər. 

FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparıb, qısa müddətdə şərti yanğın söndürülüb. Sonra xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”. 

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. 
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO