Milli Məclisin deputatlarının tətili BAŞA ÇATDI 

Milli Məclisin deputatlarının tətili BAŞA ÇATDI 

Hazırda oxunan: Milli Məclisin deputatlarının tətili BAŞA ÇATDI 

153313

Azərbaycan Milli Məclisinin (MM) deputatları tətildən qayıdıblar. 

Bizim.Media xəbər verir ki, onların tətil müddəti avqustun 30-da başa çatıb. 

Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar. 

Bu müddətdə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. 
Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO