DİM kolleclərin boş qalan yerlərinə qəbulla bağlı MÜRACİƏT ETDİ 

DİM kolleclərin boş qalan yerlərinə qəbulla bağlı MÜRACİƏT ETDİ 

Hazırda oxunan: DİM kolleclərin boş qalan yerlərinə qəbulla bağlı MÜRACİƏT ETDİ 

153311

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə avqustun 31-dən başlanan ixtisas seçimi davam edir. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, bu gün saat 11:55-dək 2657 abituriyent (Azərbaycan bölməsi -2640, rus bölməsi -17) ixtisas seçimi edib. 

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

“Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. 

İxtisas seçimi sentyabrın 4-dək internet vasitəsilə aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO