“Təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək\

“Təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək\" - AZAL

Hazırda oxunan: “Təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək\" - AZAL

153296

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.

Bizim.Media “AZAL”a istinadən xəbər verir ki, bu reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıya qayıda bilməyən Aytən Səfərova: “Bizi İstanbul Hava Limanındakı otelə yerləşdiriblər” – ÖZƏL 


Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO