Vətən müharibəsi qazisi VƏFAT ETDİ - FOTO 

Vətən müharibəsi qazisi VƏFAT ETDİ - FOTO 

Hazırda oxunan: Vətən müharibəsi qazisi VƏFAT ETDİ - FOTO 

153285

Daha bir qazini itirdik. Birinci Qarabağ savaşının könüllü iştirakçısı Balakəndən olan qazi Novruz Abdullayev vəfat edib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi Balakən şöbəsinin sədri Sarvan Şibliyev məlumat verib.

Keçmiş döyüş yoldaşının döyüşlərə könüllü qatıldığını deyən Sarvan Şibliyev onun dastanlara sığmayan döyüş yolu keçdiyini, bir neçə dəfə düşmənlə əlbəyaxa olduğunu bildirib.

Cəbhədə onlarla yaralı döyüş yoldaşını xilas edən Novruz Abdullayevin birinci qrup müharibə əlili olduğunu deyən keçmiş döyüşçü onun sayəsində bu gün sağ qaldığını bildirib.

Qazımız dünən yüzlərlə insanın iştirakı ilə Balakənin Hənifə kənd qəbiristanlığında dəfn olunub.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO