Bu gün axşam pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 27-28 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 18-19 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 26-27 dəqiqə gecikmə müşahidə olunur.
4. Akademik Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küçəsi) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə var.
5. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq qeydə alınıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-18 dəqiqə gecikmə müşahidə olunur.
6. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə edilir.
7. Babək prospekti – şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur.
8. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır.
9. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-18 dəqiqə gecikmə müşahidə edilir.
10. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.
11. Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə var.
12. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq qeydə alınıb. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 14-15 dəqiqə gecikmə müşahidə olunur.
13. Qara Qarayev prospekti - hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-17 dəqiqə gecikmə var.
14. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 14-15 dəqiqə gecikmə müşahidə olunur.
15. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-17 dəqiqə gecikmə qeydə alınır.
16. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 14-15 dəqiqə gecikmə müşahidə olunur.
17. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə var.
18. Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.
19. 8 Noyabr prospekti – Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 21-22 dəqiqə gecikmə var.
20. Yavər Əliyev küçəsi - Aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:03 / 01.09.2023
Paytaxtda bəzi marşrutlar mənzilbaşına yenə GECİKİR - SİYAHI
Hazırda oxunan: Paytaxtda bəzi marşrutlar mənzilbaşına yenə GECİKİR - SİYAHI
Hazırda oxunan: Paytaxtda bəzi marşrutlar mənzilbaşına yenə GECİKİR - SİYAHI
153246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.