Yuxarı Gövhər ağa məscidinə imam təyin OLUNDU - FOTO  

Yuxarı Gövhər ağa məscidinə imam təyin OLUNDU - FOTO  

Hazırda oxunan: Yuxarı Gövhər ağa məscidinə imam təyin OLUNDU - FOTO  

153223

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib. 

Komitədən Bizim.Media-ya verilən məlumata görə, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq. 

Qeyd edilib ki, Mirəbdullah Məzahir oğlu Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub. İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub.
1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib. 

1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda “İslam tarixi, milli əxlaq və dəyərlər” fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib.

Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO