BİZİM TƏQVİM: 2 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 2 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 2 sentyabrda baş vermiş tarixi hadisələr

153218

1829-cu ilin bu günündə Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829). Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. 

Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib. Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

Bəs, sentyabrın 2-də dünyada daha hansı hadisələr baş verib?

1. 2 sentyabr 1633-cü ildə böyük İstanbul yanğını baş verdi. Yanğın nəticəsində 20 mindən çox bina kül oldu.

2. 2 sentyabr 1666-cı ildə böyük London yanğını başladı və 3 gün davam etdi. Yanğın nəticəsində 13 min 200 ev və 87 kilsəyə ziyan dəydi.

3. 1781-ci ilin 2 sentyabrında Los-Anceles şəhərinin əsası qoyulub.

4. 1935-ci ilin 2 sentyabr tarixində ABŞ-ın Florida ştatında öz təsirini göstərən qasırğada 423 nəfər həlak oldu.

5. 2 sentyabr 1938-ci ildə Hatay Millət məclisi açıldı və Hatay dövlətinin qurulduğu elan edildi. Tayfur Sökmən cümhurbaşqanı seçildi.

6. 2 sentyabr 1942-ci il tarixində alman hərbi dəstələri Varşava Gettosu üsyanının qaryısını 50 min yəhudini qətlə yetirərək aldı.

7. 2 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdı. Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak oldu. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatdı.

8. 1968-ci ilin 2 sentyabr günü İranda baş verən zəlzələ nəticəsində 11 min nəfər öldü.

9. 2 sentyabr 1985-ci ildə “Titanik” gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Gəmini amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapıb. Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib. “Titanik”in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədəki 2 min 224 sərnişin və ekipaj üzvündən 1513 nəfər həlak olub.

10. 2 sentyabr 1998-ci ildə İsveçrə hava yollarına məxsus sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 229 nəfər həyatını itirdi.  

11. 2 sentyabr 2011-ci ildə Türkiyə BMT-nin Mavi Mərmərə hesabatını açıqlaması qarşısında İsrailə 5 maddədən ibarət sanksiya tətbiq etmə qərarı aldı.

2 sentyabrda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 2 sentyabr 1909-cu ildə yazıçı-dramaturq, tərcüməçi Rza Şahvələd (1909 – 2.7.1984)  anadan olub.

2. 2 sentyabr 1916-ci ildə  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Hüseynov (1916-1998) doğulub. O uzun müddət Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib.

3. 2 sentyabr 1926-cı ildə rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

4. 2 sentyabr 1930-cu ildə  Əməkdar rəssam Hüseyn Hüseynov (1930-1987) doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

5. 2 sentyabr 1947-ci ildə  Xalq artisti, tarzən Fikrət Verdiyev (1947 – 22.12.2022)  doğulub. “Göygöl” xalq çalğı alətləri ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

6. 2 sentyabr 1949-cu ildə  Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. 

7. 2 sentyabr 1949-cu ildə  tanınmış teatr rejissoru Yusif Əkbərov  (1949 – 4.10.2016)  doğulub. Sumqayıt Dövlət Dram, Akademik Musiqili teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

8. 1973-cü il sentaybrın 2-də “Üzüklərin əfəndisi” serialı ilə dünya miqyasında şöhrət tapan ingilis yazıcı J.R.R Tolkien 81 yaşında öldü.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO