Harvard Universitetinin məzununa Prezident Administrasiyasında vəzifə VERİLDİ 

Harvard Universitetinin məzununa Prezident Administrasiyasında vəzifə VERİLDİ 

Hazırda oxunan: Harvard Universitetinin məzununa Prezident Administrasiyasında vəzifə VERİLDİ 

153173

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib. 

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda, “Baker McKenzie CIS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018–2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020–2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib.
O, 2021-2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb. 

Araz Poladov 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO