Göyçayda yaşayan şəhid anaları Şuşada - FOTO 

Göyçayda yaşayan şəhid anaları Şuşada - FOTO 

Hazırda oxunan: Göyçayda yaşayan şəhid anaları Şuşada - FOTO 

153166

Avqustun 31-də Göyçayda yaşayan şəhid anaları rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Şuşaya səfər ediblər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səfərdə Göyçaydan olan 15 şəhid anası iştirak edib. 

Onların arasında Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri kimi tarixdə əbədi qalacaq Şuşanın işğaldan azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də olub.

Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhid anaları Bülbülün, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvanın büstlərini və İsa bulağını ziyarət ediblər. 

Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalası və Cıdır düzündə davam edib. Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib.
Səfərdə iştirak edən şəhid anaları övladlarının işğaldan azad etdiyi Vətən torpağına səfərlərinin onlara bir təskinlik olduğunu qeyd edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 














Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO