Leysan yağacaq, çaylarda sel və daşqın olacaq - XƏBƏRDARLIQ 

Leysan yağacaq, çaylarda sel və daşqın olacaq - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Leysan yağacaq, çaylarda sel və daşqın olacaq - XƏBƏRDARLIQ 

153126

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq 4-ü səhərədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə, xüsusən də, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda, Mərkəzi Aran, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur zonasında yağıntıların intensiv və güclü olacağı ehtimalı var. 

Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. 

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO