Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib - FOTO

Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib - FOTO

Hazırda oxunan: Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib - FOTO

153123

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. 

Qeyd edilib ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir. 
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib. 

Sonra məzunlara diplomlar təqdim olunub. 

Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib. 












Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO