Göyçayın kəndlərində selin törətdiyi fəsadların aradan qaldırılması işləri DAVAM EDİR - FOTO 

Göyçayın kəndlərində selin törətdiyi fəsadların aradan qaldırılması işləri DAVAM EDİR - FOTO 

Hazırda oxunan: Göyçayın kəndlərində selin törətdiyi fəsadların aradan qaldırılması işləri DAVAM EDİR - FOTO 

153103

26 avqust 2023-cü il tarixdə rayon ərazisinə yağan güclü leysan yağışları nəticəsində baş vermiş seldən daha çox ziyan çəkən Qaraməryəm, Qarayazı və Aşağı Qaraməryəm kəndlərində fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qarayazı beton kanalında 0,6 km məsafədə kanal lil və çöküntülərdən təmizlənmiş, Aşağı Qaraməryəm suvarma arxının Dəvəbatan çayının sağ sahilinin yuyulmuş hissəsinin bərpa edilməsi məqsədilə diametri d=800 mm və uzunluğu L=25 p.m olan metal boru quraşdırılmış, rayonun Qarabaqqal suvarma arxı üzərindəki tullantıların məişət tullantıları poliqonuna toplanması üçün xüsusi texnikalar cəlb edilmişdir.  

“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən rayonun Aşağı Qaraməryəm və Qarayazı kəndlərində istismara yararsız hala düşmüş paylayıcı və daşıyıcı qaz kəmərləri üzərində təmir-bərpa işləri aparılmış və abonentlərin təbii qazla təchizatı bərpa olunmuşdur.  
“Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən rayonun Qaraməryəm kəndində Bığır yarımstansiyasından qidalanan 10 kV-luq 3-cü kənd hava xəttində yararsız vəziyyətə düşən 150 metr naqil yenisi ilə əvəz olunmuş, Aşağı Qaraməryəm kənd ərazisində 410 metr naqil çəkilmiş, 4 ədəd 0,4 kV-luq metal dayaq quraşdırılmış, 280 metr naqil və 130 metr 2x16 markalı kabel xətti “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsi tərəfindən rayonun Qaraməryəm və Qarayazı kəndlərində yararsız hala düşmüş 160 metr içməli su borusunda əsaslı təmir işləri aparılaraq istismara verilmişdir.

“AzTelekom” MMC-nin Aran Regional Filialının Göyçay şöbəsi tərəfindən sel zamanı yararsız hala düşmüş 410 metr kabel və 4 ədəd rabitə dirəyi yenisi ilə əvəz edilərək seldən ziyan çəkmiş kəndlərdə bütün rabitə xidmətləri bərpa olunmuşdur.  










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO