Azərbaycanın “DOST” mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin iclasında bildirilib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun sədrliyi ilə keçən iclasda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq bu məqsədlə işçi qrup da yaradılıb.
DOST Agentliyi ilə Moldovanın sosial təminat üzrə məsul qurumu olan Milli Sosial Sığorta Kassası arasında təcrübə mübadiləsi çərçivəsində indiyədək onlayn formatda işçi qrupunun daxilində, həmçinin Moldova nümayəndələrinin iştirakı ilə bir neçə görüş keçirildiyi qeyd olunub.
Agentliyin Hüquq departamentinin müdiri Azər Rəhimov “DOST” mərkəzləri modelinin (konsepsiyasının) Moldova Respublikasında tətbiq edilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti barədə hesabatla çıxış edib.
Qeyd olunub ki, Moldova tərəfindən təqdim edilmiş 85 adda Milli Kassaya aid xidmətlərin təhlil edilməsi istiqamətində intensiv iş aparılır.
Hazırda işçi qrup tərəfindən razılaşdırılmış əsas istiqamətlər üzrə konsepsiya sənədinin formalaşdırılması davam edir və yekun sənədin noyabr ayına qədər təqdim edilməsi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:14 / 31.08.2023
DOST modeli Moldovada tətbiq ediləcək
Hazırda oxunan: DOST modeli Moldovada tətbiq ediləcək
Hazırda oxunan: DOST modeli Moldovada tətbiq ediləcək
153092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.