Dünya dizel problemi ilə ÜZ-ÜZƏ – Azərbaycanda durum NECƏDİR?

Dünya dizel problemi ilə ÜZ-ÜZƏ – Azərbaycanda durum NECƏDİR?

Hazırda oxunan: Dünya dizel problemi ilə ÜZ-ÜZƏ – Azərbaycanda durum NECƏDİR?

153076

“Məlum olduğu kimi, hazırda bəzi ölkələrdə dizel yanacağı ilə bağlı ciddi problemlər yaşanır. Səbəbi odur ki, uzun illər boyu bəzi Qərb dövlətləri Rusiyadan çox böyük həcmdə dizel yanacağı alıb. Ancaq bu ilin fevral ayının 5-dən etibarən bu ölkənin neft məhsullarına sanksiyalar tətbiq edilməyə başlanıldı və həmin ölkələr ciddi sıxıntılar yaşamağa başladılar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir ölkə dizel yanacağına “stop” qoyur - Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir?


Onun sözlərinə görə, digər tərəfdən də neft sənayesi ölkələrinin əksəriyyətində neftayırma zavodlarının çoxu illik cari təmirə dayanıb: 

“Bu proses bəzilərində 10 gün, bəzilərində isə 2 həftə və ya 20 gün olur. Bu səbəbdən də dizel yanacağı bazarında müəyyən qıtlıq yaranır. Ancaq Azərbaycan dizeli öz daxili bazarı üçün istehsal edir. Müəyyən hissəsi xaricə, əsasən də Gürcüstana idxal olunur. Bu baxımdan da dünya bazarında yaşanan problemlərlə bağlı təşvişə düşəcək heç nə yoxdur”. 

Müsahibimiz, ölkəmizdə istehsal olunan yanacağın “Avro-2” standardı səviyyəsində olduğunu diqqətə çatdırıb: 

“Ancaq dünyada “Avro-6” standartından istifadə olunur. Biz isə “Avro-5” satandartının istehsalına hazırlaşırıq. Təbii ki, standart artdıqca, keyfiyyətdə də həm ekoloji, həm də yanma enerjisi baxımından böyük fərq yaranır.

Buna görə də sürücü Gürcüstan, Rusiya və ya Türkiyədən, yaxud da hansısa bir Avropa ölkəsində aldığı avtomobilini “Avro-6” yanacağı ilə idarə edir, sonra Azərbaycana gələn zaman yerli istehsalı belə görərsə, avtomobilindəki  problemi hiss edəcək. 
Hələ 2022-ci ildə SOCAR “Avro-5” standartının istehsalına başlamalıydı, ancaq müəyyən səbəblərdən hələ də gecikir. Əldə olan məlumata görə, Nazirlər Kabineti bununla bağlı hazırlayaraq Milli Məclisə təqdim etdiyi təkliflər paketinə əsasən, bu ildən “Avro-5” standartı ilə dizel istehsalı başlamalı və istehlaka yönəldilməlidir”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO