Kəndə işləmək üçün gedən müəllimləri nə gözləyir? - Ekspert izah etdi

Kəndə işləmək üçün gedən müəllimləri nə gözləyir? - Ekspert izah etdi

Hazırda oxunan: Kəndə işləmək üçün gedən müəllimləri nə gözləyir? - Ekspert izah etdi

15307

Xəbər verildiyi kimi, təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı yenilik olduğunu söyləyib. Təklif olunan dəyişikliyə görə, kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal veriləcək. 

Bizim.Media xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında məsələyə münasibət bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin işə qəbulu prosesində yenilik olacaq - Nazir


Onun sözlərinə görə, qeyd olunan yenilik çox ədalətlidir və gənc müəllimlərin regionlara işləmək üçün getməsinə stimul verəcək:

“Belə ki, indi bir çox ixtisaslar üzrə MİQ-də 54,55 və bəzən daha çox bal toplayan müdavimlər Bakıda vakansiya olmadığı, eləcə də daha yüksək bal toplayan şəxslər tərəfindən tutulduğu üçün işə qəbul olmurlar.

Hətta bölgələrə də getmirlər. İndi isə bu tipli yüksək bal toplayan şəxslərin stimulu olacaq ki, 5 il işlədikdən sonra onların əziyyətləri nəzərə alınaraq, müsabiqədə uğur qazana bilsinlər. Bu, heç də o demək deyil ki, savadlı şəxslər qəbul prosesindən kənarda qalacaq. Əksinə, daha yüksək bal toplayanlar arasında müsabiqə gedəcək”. 

Ekspert hesab edir ki, ratasiya qaydası mütləq tətbiq edilməlidir:

“Cari ildən bu yeniliyin tətbiq edilməsi bölgələrə daha yüksək balla müəllimlərin işə qəbul olması müşahidə olunacaq. Bütün hallarda isə bu yenilik ədalətlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO