Leysanın Şəki və Oğuzda TÖRƏTDİYİ FƏSADLAR – 150 evi SU BASDI – FOTO 

Leysanın Şəki və Oğuzda TÖRƏTDİYİ FƏSADLAR – 150 evi SU BASDI – FOTO 

Hazırda oxunan: Leysanın Şəki və Oğuzda TÖRƏTDİYİ FƏSADLAR – 150 evi SU BASDI – FOTO 

153034

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, leysan yağışları Oğuzla Şəki rayonlarının sərhəd kəndlərində bir sıra ciddi fəsadlar əmələ gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ   


Şəkinin eyni adlı Şəki kəndində isə suvarma kanalının daşması nəticəsində 150 yaxın ev təsərrüfatına ziyan dəyib.

Şəki rayonunun Cəyirli və Şəki kəndlərinə yaxın dağlıq ərazilərə güclü yağış yağması nəticəsində ərazidən keçən Əlicançayda suyun səviyyəsi qalxıb. Bu zaman çayın qollarının axıdığı suvarma kanallarında da daşqın əmələ gəlib və Şəki kəndini sel suları basıb. 


Kənd sakini Xudayar Novruzov bildirir ki, Cəyirli kəndindən Şəki kəndinə gələn suvarma kanalı üç yerdən partlayıb. Və həmin sel Şəki kənd sakinlərinə həddindən artıq ziyan vurub.

Sakinlər lilli sel-suların daha çox təsərrüfatlara və ərzaq məhsullarına ziyan vurduğunu deyir. 

Zərərçəkənlərdən biri də kənd sakini Məhluqə Əliyevadır. Onun sözlərinə görə, su o qədər güclü gəlib ki, həyət divarını uçurub, daha sonra onun 3 ton taxılını və həyətindən yığdığı üzümü məhv edib. Digər kənd sakini Talıb Quliyevin sözlərinə görə, kəndin yuxarısından keçən suvarma kanalı təmizlənsəydi, bu neqativ hal da baş verməzdi.


Kəndin yerli icra və bələdiyyə orqanlarının əməkdaşları tərəfindən sakinlərə dəyən zərərin miqdarını müəyyən etmək üçün komissiya yaradılıb. 

Kənd icra nümayəndəliyinin əməkdaşı Nurlan Həsənov bildirir ki, suvarma kanalının daşması nəticəsində 150 yaxın evin həyətinə, zirzəmisinə, bir neçə evdə taxıla ciddi ziyan dəyib, üzüm bağlarına, kənd arası yollarda fəsadlar yaranıb. Kəndin müvafiq orqanları dünən baş verən hadisədən sonra evlərə baxış keçirib. Dəyən ziyan araşdırılır. 

Suvarma kanalının daşması ilə bağlı Şəki Suvarma Sistemləri İdarəsindən bildirildi ki, həmin kanal 6 kəndə xidmət edir və su tutumu 1.5 kubmetrdir. Lakin sel-suların çoxalması nəticəsində kanalda suyun səviyyəsi 10 kubmetrə kimi çoxaldığından isnad divarları tab gətirməyərək dağılıb.
Ötən gündən başlayaraq Şəki Suvarma Sistemləri İdarəsinin əməkdaşları Cəyirli və Şəki kəndləri ərazilərində suvarma kanallarında təmir-bərpa işlərinə başlayıblar. Artıq kanalın bir neçə yerində bərpa işləri həyata keçirilib. Təmir-bərpa işləri bu gün də davam edir. 























Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO