600 manat müavinətin verilməsinə BAŞLANILIR - Necə almaq olar?

600 manat müavinətin verilməsinə BAŞLANILIR - Necə almaq olar?

Hazırda oxunan: 600 manat müavinətin verilməsinə BAŞLANILIR - Necə almaq olar?

153031

Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. 

Yəni, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmız aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. 

Bəs, 600 manat birdəfəlik müavinət kimlərə şamil olunur?

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov məsələyə münasibət bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya və sosial müavinət alanların sayı AÇIQLANDI 


O, sosial şəbəkə hesabında qeyd edib ki, bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. 

Necə müraciət etməli?

Deputatın sözlərinə görə prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir:

“Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. 

Sadəcə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir.
Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa ən geci 10 günə vəsait onun hesabına köçürüləcək”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO