Goranboyda 16 yaşlı qız 37 yaşlı kişi tərəfindən cinsi zorakılığa MƏRUZ QALDI 

Goranboyda 16 yaşlı qız 37 yaşlı kişi tərəfindən cinsi zorakılığa MƏRUZ QALDI 

Hazırda oxunan: Goranboyda 16 yaşlı qız 37 yaşlı kişi tərəfindən cinsi zorakılığa MƏRUZ QALDI 

152955

Goranboy rayonunda məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edilib. 

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. 

Belə ki, 16 yaşlı qızın ailəsi yas yerində olan zaman 1986-cı il təvəllüdlü Şəhriyar Hümbətov onun evdə tək olmasından istifadə edərək, qıza qarşı belə bir əməli törədib. 
İddia edilir ki, hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğu qızın rəy alınması üçün ekspertizaya göndərilməsini təmin etməyib. 

Eyni zamanda, iddia olunur ki, prokurorluq hadisə barədə məlumat verən azyaşlını və valideynlərini də quruma dəvət edib. Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar həyata keçiriblər: 

“Araşdırmalar zamanı iddia olunan hadisədə adları keçən hər bir şəxs müəyyən olunaraq Goranboy RPŞ-yə gətirilib. Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da dəvət olunaraq araşdırmalar başlanılıb. İlkin izahatlar alındıqdan sonra araşdırmanın davam etdirilməsi üçün Goranboy Rayon Prokurorluğuna yönləndirilib”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO