Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrəndi - FOTO

Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrəndi - FOTO

Hazırda oxunan: Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrəndi - FOTO

152888

29 avqust tarixində Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilə bir neçə görüş baş tutub. 

Bizim.Media xəbər verir ki, ilk olaraq Təhsil İnstitutunun direktor müavini Könül Abaslı və ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədovun iştirakı ilə görüş keçirilib. 

Görüşün əsas müzakirə obyekti beynəlxalq qiymətləndirmələrdə iştirak, PISA, TIMMS, PIRLS, ICILS və TALIS üzrə Azərbaycan təcrübəsinin öyrənilməsi olub. 
Daha sonra görüşün ikinci hissəsi Elm və Təhsil Nazirliyində davam edib. Belə ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev tərəfindən məktəblərin idarə edilməsi, keyfiyyət planlaması, nəzarət və təminat məsələləri barədə təqdimat olunub. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və Aparat rəhbərinin müavini Nərminə Hüseynovanın iştirakı ilə keçirilən görüşdə isə məzmun, müəllimlərin inkişafı, milli və beynəlxalq qiymətləndirmə müzakirə edilib. 

Daha sonra nümayəndə heyəti STEAM İnnovasiyalar Mərkəzinə səfər edib və bu səfər çərçivəsində STEAM İnnovasiyalar Mərkəzində ekskursiyada olublar.

Burada, həmçinin qonaqlara “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tərəfindən STEAM təhsili barədə ətraflı məlumat verilib. 




































Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO