Oğuzda leysan yağışları fəsadlar TÖRƏTDİ 

Oğuzda leysan yağışları fəsadlar TÖRƏTDİ 

Hazırda oxunan: Oğuzda leysan yağışları fəsadlar TÖRƏTDİ 

152845

Bu gün axşam saatlarında Oğuzun bir neçə kəndinə güclü yağışla müşayət olunan leysan və dolu yağıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Oğuz rayonunda da özünü göstərib.  

Belə ki, axşam saatlarında rayona güclü yağış yağıb, sonradan qısamüddətli doluya çevrilib. Dolu əsasən rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb. Leysan yağışları isə Oğuz şəhər ərazisinə yağıb və nəticədə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.  
FHN-nin Oğuz Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi həyətlərdən suyun çəkilməsi istiqamətində iş aparır.  

Hazırda Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Belə hava şəraitinin sabah da davam edəcəyi bildirilir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO