Duni Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba və Xaçmazda "Müasir çağırışlar: dinlərarası birgə yaşayış" mövzusunda film çəkilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, filmin çəkilişləri ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyavuş Heydərov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konvensiyaların rəhbərləri və nümayəndələri şimal bölgəsinə səfər ediblər.
Ötən gün Qubadakı Soyqırım Memorial Kompleksinə və Xaçmaz şəhərindəki kilsəyə baş çəkən qonaqlar, Quba rayon icra hakimiyyəti və Dini Komitə rəsmiləri bu gün Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin ruhuna dualar oxunub, abidəsi önünə tər güllər düzülüb.
Müxtəlif dini konvensiyaların təmsilçiləri Quba şəhərindəki Cümə məscidində və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədəki "Giləki" sineqoqunda da olublar.
Şimal bölgəsindəki tolerant mühit və ab-hava səfər iştirakçılarının ürəyincə olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
18:38 / 29.08.2023
Şimalda "Müasir çağırışlar: dinlərarası birgə yaşayış" mövzusunda film çəkilir - FOTO
Hazırda oxunan: Şimalda "Müasir çağırışlar: dinlərarası birgə yaşayış" mövzusunda film çəkilir - FOTO
Hazırda oxunan: Şimalda "Müasir çağırışlar: dinlərarası birgə yaşayış" mövzusunda film çəkilir - FOTO
152837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.