Koronavirus infeksiyası bəşəriyyətə ayaq açdığı gündən onun müalicə metodları müzakirə mövzusu olub. Azərbaycanda isə COVİD-19 infeksiyasından müalicə xüsusilə mübahisəli bir məsələdir.
Koronavirus infeksiyasına yoluxan insanlardan “Antibiotiklərlə müalicə olundum, keçdi” praktikasına tez-tez rast gəlirik.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda daha 879 nəfər koronavirusa yoluxdu - FOTO
Kimi deyir “Soyuqdəymədir, vitaminlər qəbul edin” keçəcək. Kimi isə türkəçarə ilə bu xəstəliyi müalicəsi olduğunu söyləyirlər.
Böyük Britaniyada isə bir qrup tibb mütəxəssisləri geniş yayılmış fikirlərin əksinə olaraq müalicə zamanı həkim təyinatı olmadan antibiotiklərin qəbul edilməsinin faydalı olmadığını deyirlər.
Azərbaycanlı professor, ekspert Adil Qeybulla isə deyir ki, koronavirusun xüsusi müalicə protokolu yoxdur:
“Sadəcə olaraq Dünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi prinsiplər var. Həkimlər həmin prinsiplərə uyğun olaraq fərdi şəkildə müalicə protokolu yazır.
Əgər müalicəyə bakterial infeksiya qoşulursa, onda antibiotiklər təyin edilə bilər. Antibiotikləri boş-boşuna koronavirus əleyhinə istifadə etmək mənasızdır. Buna görə müəyyən qaydalar var. Prokalsitonin miqdarı, digər göstəriclərdə müayinə edilir. Buna uyğun olaraq orqanizimdə infeksiya təhlükəsi varsa antibiotiklərdən fərdi xüsusiyyətlər nəzərə alınaraq istifadə olunur”.
Gülşanə Mustafayeva, Bizim.Media