Bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 

Bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 

Hazırda oxunan: Bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 

152738

Bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə sentyabr ayının 30-da saat 11:00-da Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcək. 

İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, test imtahanında kompüterdən istifadəyə dair təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib, habelə nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər. 

Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə-müsahibəyə buraxılacaqlar. 

Müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil olunacaq. (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31). 
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür. 

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO