AAYDA respublika ərazisində yolların təmiri sahəsində gördüyü işlərlə bağlı məlumat yayıb

AAYDA respublika ərazisində yolların təmiri sahəsində gördüyü işlərlə bağlı məlumat yayıb

Hazırda oxunan: AAYDA respublika ərazisində yolların təmiri sahəsində gördüyü işlərlə bağlı məlumat yayıb

152729

Azərbaycan Avtomobil Yolları (AAYDA) tərəfindən avqustun 21-dən 28-dək olan müddətdə respublika ərazisində yolların təmiri və bərpası sahəsində görülən işlər barədə məlumat açıqlanıb. 

Agentlikdən Bizim.Media-ya bildirilib ki, həmin dövr ərzində Qəbələ rayonunun Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir, Zərdab rayonunda 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur. 

Həmçinin M-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri davam edir, M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub və Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO