Nəvə baba və nənədən aliment ala bilər -  HÜQUQİ YARDIM

Nəvə baba və nənədən aliment ala bilər - HÜQUQİ YARDIM

Hazırda oxunan: Nəvə baba və nənədən aliment ala bilər - HÜQUQİ YARDIM

1527

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Növbəti araşdırdığımız mövzu alimentlə bağlıdır. Bu dəfə adət etdiyimiz atanın övladlara ödədiyi aliment yox, alimentin digər növləri barədə araşdırma apardıq. Mövzu ilə bağlı sualları vəkil Asif Abdullayev cavablandırıb.





“Bu gün təcrübədə əsasən ər-arvad arasında aliment tələbinə rast gəlirik. Bəzi hallarda isə, atanın aliment ödəyə bilməməsi, uşağın maddi təminatında problemlər yaradır. Lakin, qanunvericilik, alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir. 

Misal üçün, yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün, babadan və ya nənədən də aliment tələb etmək olar, və yaxud, imkansız bacı, imkanlı bacıdan aliment tələb edə bilər və sair.

Uşağın saxlanılması üçün valideyndən alimentin tələb edilməsi hüququ artıq hər kəsə məlumdur. Bəs digər şəxslərdən aliment tələb etmək olarmı və bunu kim tələb edə bilər?

Baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə də, kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər. 

Bacı və qardaşların aliment hüququ. 

Ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən bacı və qardaş, yetkinlik yaşına çatmış və maddi durumu buna yol verən bacı və qardaşından aliment tələb etmək hüququna malikdirlər. Yetkinlik yaşına çatan, lakin valideynlərindən, ərindən (arvadından) maddi yardım ala bilməyən şəxslər də bu cür aliment tələbini irəli sürə bilərlər. 
Qeyd edilən şəxslər alimentin ödənilməsi qaydası və şərtləri barədə müvafiq saziş imzalaya bilərlər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq, sabit pul məbləğində aylıq aliment müəyyən edir. Məhkəmə tərəflərin maddi durumunu nəzərə almalıdır.”

femida.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO