Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı ARTIB 

Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı ARTIB 

Hazırda oxunan: Azərbaycanda nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı ARTIB 

152688

Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb. 

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikasında demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir.

2000-ci ildə əhalinin sayı 8032,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10156,4 min nəfərə çatıb. 

Əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib. Həmçinin orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirib. 

Azərbaycan Respublikasında ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatıb. Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb. Eyni zamanda, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin) sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib. 

Azərbaycan Respublikası üzrə nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib.
Qeyd edilənlərə əsasən son illərdə əhaliyə göstərilən sosial xidmətlərin həcminin və sosial xidmətlərdən yararlananların sayının ilbəil artmasına baxmayaraq, bu xidmətlərə olan tələbat daha yüksək templə artmaqdadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO