BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

152680

29 avqust 1993-cü ildə Azərbaycanda Prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilib. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Əbülfəz Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

Bəs, avqustun 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 1526-cı ilin 29 avqust tarixindә Qanuni Sultan Süleyman Macarıstan ordusunu Moxaçda mәğlub etdi. Döyüşdә Macarıstan Kralı II Layoş öldü.

2. 1756-cı ilin 29 avqust tarixindә  Prussiya Kralı II  Fredrixin  Saksoniyaya hücum etməsi  yeddi il davam edәcәk müharibәnin başlamasına sәbәb oldu.

3. 29 avqust 1831-ci ildə ingilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib. Bununla da indi çox geniş tətbiq sahəsi olan elektrik mühərriki yaradılıb.

4. 1842-ci ilin 29 avqust tarixindә İngiltәrә ilә Çin arasında üç il davam edәn müharibә әldә olunan ‘‘Nankin’’ müqavilәsi nәticәsindә sona çatdı.

5. 1855-ci ilin 29 avqust tarixindә  Osmanlı İmperiyası teleqraf cihazı vasitәsi ilә ilk görüş hәyata keçirib.

6. 1907-ci ilin 29 avqust tarixindә Kanadadakı Kvebek körpüsü inşa edilәn zaman aşıb. Hadisә nәticәsindә 75 fəhlә hәlak olub.

7. 1915-ci ilin 29 avqust tarixindә ‘‘Kasablanka’’ filmi ilә mәşhurlaşan İsveçli aktrisa İnqrid Berqman dünyaya gәlib. Qeyd edәk ki, aktrisa 67 yaşında Londonda vәfat edib.

8. 1966-cı ilin 29 avqust tarixindә misirli yazıcı vә Müsәlman Qardaşlar hәrәkatının lideri Sәyid Kutub edam edilib.

9. 1996-cı ilin 29 avqust tarixindә ‘‘Vnukovo’’ aviaşirkәtinә mәxsus sәrnişin tәyyarәsi qәzaya uğrayıb, nәticәdә 141 nәfәr hәlak olub.

10. 29 avqust 2005-ci ildə Azərbaycanda İctimai Televiziya yayıma başlayıb. Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

11. 2005-ci ilin 29 avqust tarixindә ‘‘Katrina’’ qasırğası  ABŞ-ın cәnub ştatlarında ciddi fәsadlara sәbәb olub. Tәbii fәlakәt nәticәsindә 836  nәfәr hәlak olub.

29 avqustda bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  29 avqust 1780-cı ildə Fransız rəssamı Jan Ogüst Dominik Enqr (1780-1867) anadan olub.

2.  29 avqust 1862-ci ildə Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.

3.  29 avqust 1903-ci ildə məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.

4.  Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Pirimov 29 avqust 1965-ci ildə vəfat edib.

5.  Dünya şöhrətli müğənni Maykl Cekson 29 avqust 1958-ci idlə doğulub.

6.  Azərbaycan jurnalisti, Milli Qəhrəman Çingiz Mustafayev 29 avqust 1960-cı ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO