Ombudsmandan Ballıqaya qətliamı ilə bağlı BƏYANAT 

Ombudsmandan Ballıqaya qətliamı ilə bağlı BƏYANAT 

Hazırda oxunan: Ombudsmandan Ballıqaya qətliamı ilə bağlı BƏYANAT 

152661

"Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan Ballıqaya qətliamı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Ballıqaya faciəsi ilə bağlı “Facebook” hesabındakı paylaşımında bildirilib. 

"1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsi zamanı bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar hədəfə alınmış, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub”, - deyə qeyd edilib. 

Xatırladaq ki, 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət – Ballıqaya qətliamı törədilib. 
Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib.

Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO