Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət tam bərpa olundu - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət tam bərpa olundu - FOTO

Hazırda oxunan: Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət tam bərpa olundu - FOTO

152570

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sel suları səbəbindən çökən hissəsində işlər yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Göyçayın Qaraməryəm kəndi ərazisinə cəlb edilən texnika və canlı qüvvənin köməyi ilə yolun hərəkət hissəsinə tökülən lil qatı asfaltdan təmizlənib. Çökərək yararsız hala düşən asfalt qatı yenilənib.

Bununla da Göyçayın kəndləri ilə rayon mərkəzinin əlaqəsi tam bərpa olunub. Hər iki istiqamətdə sürücülərin sərbəst hərəkəti təmin edilib.
Xatırladaq ki, ötən gün yağan güclü yağışlardan sonra dağlardan gələn sel suları Göyçay rayonunda bir sıra fəsadlar törədib.

Əsas çətinlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sel suları səbəbindən, bir neçə avtomobil lil qatı altında qalıb. Hazırda dəymiş ziyanın miqdarı rayon fövqəladə hallar komissiyası tərəfindən müəyyənləşdirilir.








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO