30-a yaxın erməni hərbçinin meyiti Ermənistana verildi

30-a yaxın erməni hərbçinin meyiti Ermənistana verildi

Hazırda oxunan: 30-a yaxın erməni hərbçinin meyiti Ermənistana verildi

1525

“İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası tərəfindən humanitar addım atılıb. Bu da Azərbaycanda olan, döyüş meydanında qalmış 30-a yaxın erməni əsgər və zabitin meyitinin Ermənistan tərəfinə verilməsidir”.

Bizim.Media-nın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Tərtərdə yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməninin də qarşı tərəfə verilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb. Lakin Ermənistan tərəfi bu məsələdə də xoş niyyət göstərməyib.

Hikmət Hacıyev bu xüsusda Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndirib:

“Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. İndilərdə bu əməliyyat başa çatdı”-deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO