FAKTİKİ HAVA: Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb

FAKTİKİ HAVA: Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb

152486

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, avqustun 26-sı saat 21:00-a olan məlumatına əsasən, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Sabirabad, Neftçala, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Göyçay rayon Qaraməryam kəndinin dağlıq ərazilərinə yağan leysan yağış nəticəsində Qaraməryam kəndindən sel keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO