Son iki gündə bölgədə qeyri-sabit hava şəraiti hökm sürür.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşama doğru Şəkinin dağlıq və dağətəyi ərazilərinə yağış yağıb.
Yağıntılar qısa fasilələrlə leysana da çevrilib. Sakinlərin sözlərinə görə, bir aylıq fasilədən sonra yağan yağış meyvə ağacları və bitki örtüyü üçün əsl dərman olub.
Qeyd edək ki, rayonun aran ərazilərində yerləşən yaşayış məntəqələrinə çox cüzi yağıntı düşüb. Yağışların yağması rayon ərazisində keçən Kiş və Şin çaylarında suyun qismən artmasına səbəb olub.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, qeyri-sabit hava şəraiti tək Şəkidə deyil, bölgə rayonlarında sabah da davam edəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu