İsmayıllıda sel nəticəsində bir kəndlə əlaqə kəsilib, ərazi işıqsız, susuz, qazsız qalıb - FOTO/VİDEO

İsmayıllıda sel nəticəsində bir kəndlə əlaqə kəsilib, ərazi işıqsız, susuz, qazsız qalıb - FOTO/VİDEO

Hazırda oxunan: İsmayıllıda sel nəticəsində bir kəndlə əlaqə kəsilib, ərazi işıqsız, susuz, qazsız qalıb - FOTO/VİDEO

152468

İsmayıllı rayonunun Mollaisaqlı kəndinə yağan güclü yağış nəticəsində evlərə və təsərüfatlara ciddi ziyan dəyib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağan güclü yağış nəticəsində evləri su basıb, xırdabuynuzlu heyvanları sel aparıb,  həyətyanı sahələrdə əkilən təsərrüfata ciddi ziyan dəyib. 

Dəymiş ziyanın aradan qaldırılması məqsədilə İsmayıllı rayon icra hakimyətinin nümayəndələri, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunub. Hal-hazırda kənddə işıq, qaz, su təchizatları dəyandırılıb və yağış dəvam edir. 
Kəndə giriş-çıxış mümkün deyil. İsmayıllı rayon Mollaisaqlı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həşim Həşimovun verdiyi məlumata görə, 80 başdan yuxarı iri buynuzlu mal qaranı və 150 baş qoyunu sel suları aparıb, həyətyanı sahələrdə toyuq cücələrə və təsərüfatlara ciddi ziyan dəyib. 

Bundan əlavə,  yağan sel nəticəsində kənddə ehtiyat su ambarı partlayıb. 

Qeyd edək ki,  insanlar arasında heç bir təlafat qeydə alınmayıb. 
 

 
 
 










Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO