Azərbaycanda ilk dəfə 26 avqust - Laçın şəhəri günüdür - VİDEO

Azərbaycanda ilk dəfə 26 avqust - Laçın şəhəri günüdür - VİDEO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə 26 avqust - Laçın şəhəri günüdür - VİDEO

152391

Bu gün Azərbaycanda ilk dəfə Laçın şəhəri günüdür. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib. 

Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb. 
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. 

Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. 

Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib. 

Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur. 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO