Gəncədə sahibsiz itlər üçün “Yuva” tikildi - FOTO 

Gəncədə sahibsiz itlər üçün “Yuva” tikildi - FOTO 

Hazırda oxunan: Gəncədə sahibsiz itlər üçün “Yuva” tikildi - FOTO 

152180

Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Yuva” adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən həyata keçirilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən sığınacağa baxış keçirib, burada yaradılan şəraitlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulub.

Onların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq. Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib, o cümlədən sığınacağın işlərinə uğurlar arzulayıb. 
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün inşa edilən sığınacaq Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşir.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO