Səhiyyə Nazirliyinin yüksək çinli məmuru harada və nədən vəfat edib? – AÇIQLAMA

Səhiyyə Nazirliyinin yüksək çinli məmuru harada və nədən vəfat edib? – AÇIQLAMA

Hazırda oxunan: Səhiyyə Nazirliyinin yüksək çinli məmuru harada və nədən vəfat edib? – AÇIQLAMA

152151

Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin rəis müavini Şahin Almas oğlu Xasıyev 41 yaşında dünyasını dəyişib. Rəis müavininin qəfil ölüm səbəbi barədə Nazirlik heç bir açıqlama verməyib. 

Ona görə də bu məsələ ilə bağlı araşdırma apardıq. Araşdırma prosesində mərhum Şahin Xasıyevin adını açıqlanmasını istəməyən yaxın qohumu Bizim.Media-ya bildirib ki, rəis müavini Rusiyanın Kazan şəhərində olarkən dünyasını dəyişib.

Ölüm və Kazana getmə səbəbini isə mərhumun qohumu söyləmədi:

“Yaxşı olar ki, bunu Nazirlikdən soruşasınız”.

Nazirlikdən isə sorğumuza cavab olaraq bildirildi ki, Şahin Xasıyev 01 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətində olub:

“Kazan şəhərində keçirilən tədbirə təşkilatçıların dəvəti əsasında şəxsi təşəbbüsü ilə müstəqil ekspert qismində iştirak edib. Şahin Xasıyev Kazanda olarkən ürəktutmasından vəfat edib”.

Qeyd edək ki, Şahin Xasıyev xeyli müddətdir ki, Səhiyyə Nazirliyində işləyirmiş. O sabiq nazir Oqtay Şirəliyevin yaxın kadrı sayılırdı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO