Cəlilabadda avtomobil qoyun sürüsünə ÇIRPILDI: Çox sayda tələfat var – YENİLƏNİB - FOTO/VİDEO  

Cəlilabadda avtomobil qoyun sürüsünə ÇIRPILDI: Çox sayda tələfat var – YENİLƏNİB - FOTO/VİDEO  

Hazırda oxunan: Cəlilabadda avtomobil qoyun sürüsünə ÇIRPILDI: Çox sayda tələfat var – YENİLƏNİB - FOTO/VİDEO  

152146

Cəlilabad rayonunda bu gün baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub. 

Bu barədə Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib. 

Belə ki, bu gün saat 05 radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri "Mercedes" markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsü ilə toqquşub.
Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib. Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


*** 11:36

Cəlilabad rayonunda avtomobili qəzası olub. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili qoyun sürüsü ilə toqquşub.

Qəza nəticəsində 20-dən çox xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır. 



Elşən Feyzullayev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO