Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

Hazırda oxunan: Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

152137

Sabah Laçının Zabux kəndinə ilk köç olacaq.

Bizim.Media xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin Zabuxa köçü nəzərdə tutulub.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Xatırladaq ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO